• Bakı 6° C

    8.96 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

Ronaldo İspaniya klubunu ala bilər

İDMAN

17 May 2025 | 01:00 | Müəllif: Subhan Mahmudov

Ronaldo İspaniya klubunu ala bilər

Portuqaliya millisinin və “Əl-Nəsr”in hücumçusu Kriştiano Ronaldo İspaniyanın “Almeriya” klubunun ortaq sahibi ola bilər.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə “Marca” nəşri məlumat yayıb.

Məlumata görə, Ronaldo əvvəllər “Almeriya”nı satın alan Səudiyyə Ərəbistanının “SMC Group” investisiya şirkətinin rəhbəri Məhəmməd Əl-Xereyci ilə yaxşı münasibətdədir. 40 yaşlı hücumçu “SMC Group”un səhmlərindən ala bilər və bununla da İspaniya klubunun sahiblərindən birinə çevrilə bilər. 

Qeyd edək ki, “Almeriya” hazırda İspaniya Sequndasında çıxış edir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

08 Noyabr 2026