Beynəlxalq Biatlon İttifaqı (IBU) 2025-ci ildə Yay Dünya Çempionatını keçirməmək qərarına gəlib.
Bakıvaxtı.az-ın xəbərinə görə, bu barədə Ski-Nordique.net saytı məlumat yayıb.
Artıq 30 ilə yaxındır ki, hər il keçirilən biatlon üzrə yay dünya çempionatının bu ilin avqustunda təşkili nəzərdə tutulmuşdu.
IBU oktyabrın 18-dən 19-dək Münhendə dünyanın 60 ən yaxşı biatlonçusunun super sprint roller xizək yarışlarında mübarizə aparacağı "Loop One" festivalına üstünlük verərək, builki dünya çempionatını ləğv etmək qərarına gəlib.
Mənbənin sözlərinə görə, idman növünə marağın olmaması IBU-nu 2025-ci il Yay Dünya Çempionatını ləğv etməyə vadar edib. Mundialın hələ müəyyən edilməmiş formatda iki ildən bir keçirilməsi planlaşdırılır.