• Bakı 24° C

    13.94 m/s

  • USD - 1.7

    EUR - 2.0043

    RUB - 2.1553

Rusiya Ukraynaya zərbələr endirib - 8 ölü

DÜNYA

17 May 2025 | 09:25

Rusiya Ukraynaya zərbələr endirib - 8 ölü

Rusiya Silahlı Qüvvələrinin Ukraynanın Sumı vilayətinin Belopolye yaxınlığında mülki şəxslərin olduğu avtobusa zərbə endirməsi nəticəsində səkkiz nəfər həlak olub, yaralılar da var.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə “RBK-Ukrayna” Sumı Vilayət Hərbi Administrasiyasının rəhbəri Oleq Qriqorovun video müraciətinə istinadən xəbər verib.

Məlumata görə, xilasetmə əməliyyatı davam edir.

"Təəssüf ki, rusların mülki şəxslərin olduğu avtobusa hücumu nəticəsində ölənlər var. İlkin məlumata görə, 8 nəfər həlak olub", - o bildirib.

Bundan əlavə, Vilayət Hərbi Administrasiyasının rəhbəri atəş nəticəsində 5 nəfərin yaralandığını bildirib.


SON XƏBƏRLƏR

03 Iyul 2025