• Bakı 24° C

    3.99 m/s

  • USD - 1.7

    EUR - 1.9329

    RUB - 2

Ağdaşda ağır qəza - Ölən və yaralananlar var

HADİSƏ

17 May 2025 | 00:25 | Müəllif: Subhan Mahmudov

Ağdaşda ağır qəza - Ölən və yaralananlar var

Mayın 16-da saat 21 radələrində Ağdaş rayonu ərazisində 32 yaşlı Məhəmməd Atəddinovun idarə etdiyi "Mercedes" markalı avtomobil əvvəlcə at arabasına dəyib, daha sonra isə yük avtomobili ilə toqquşub.

Bakıvaxtı.az xəbər verir ki, nəticədə M.Atəddinov hadisə yerində ölüb, sərnişinləri 1972-ci il təvəllüdlü Əflatun Şirinov, 1966-cı il təvəllüdlü Şöhrət Şirinov, 1989-cu il təvəllüdlü Elvin Şirinov, 2009-cu il təvəllüdlü Ömər Musayev və at arabasında olan 1971-ci il təvəllüdlü Məqsəd Həmidov xəsarət alıb.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib ki, faktla bağlı rayon polis şöbəsində cinayət işi başlanılıb, araşdırmalar aparılır./trend


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

26 Sentyabr 2026