• Bakı 17° C

    7.81 m/s

  • USD - 1.7

    EUR - 1.9044

    RUB - 2.125

1 milyon fələstinli Liviyaya köçürüləcək

DÜNYA

17 May 2025 | 12:38

1 milyon fələstinli Liviyaya köçürüləcək

 ABŞ Prezidenti Donald Trampın administrasiyası Qəzza zolağından 1 milyon fələstinlinin Liviyaya köçürülməsi planını hazırlayır.

Bakıvaxtı.az xəbər verir ki, Vaşinqton bunun qarşılığında Liviyaya daha əvvəl dondurulmuş aktivlərin aktivləşdirilməsini təklif etməyə hazırdır.

Lakin bu təşəbbüsün həyata keçirilməsində ciddi çətinliklərin ola biləcəyi ehtimal olunur və hələ yekun qərar verilməyib. Əsas suallardan biri, nə qədər fələstinlinin könüllü olaraq Liviyaya getməyə razı olacağıdır.

Hazırda fələstinlilərin Liviyanın hansı bölgələrində yerləşdiriləcəyi və köçün necə həyata keçiriləcəyi dəqiq müəyyən edilməyib. Bundan əlavə, artıq qeyri-sabit vəziyyətdə olan Liviyaya əlavə bir milyon insanın köçürülməsi ölkədə vəziyyəti daha da gərginləşdirə bilər.


SON XƏBƏRLƏR

16 May 2025