• Bakı 16° C

    6.85 m/s

  • USD - 1.7

    EUR - 1.9044

    RUB - 2.125

Millimizin Sloveniyada təlim-məşq toplanışı başa çatıb

İDMAN

17 May 2025 | 15:08

Millimizin Sloveniyada təlim-məşq toplanışı başa çatıb

Qızıl Avropa Liqasına hazırlaşan qadın voleybolçulardan ibarət Azərbaycan millisinin Sloveniyada təşkil olunan təlim-məşq toplanışı başa çatıb.

Bakıvaxtı.az Azərbaycan Voleybol Federasiyasına istinadən xəbər verir ki, mayın 9-dan Maribor şəhərində baş tutan hazırlıq prosesində komanda Sloveniya seçməsi ilə birgə məşqlər edib. Milli burada ABŞ-ın “Spartans” klubu ilə yoxlama oyunu keçirib və 4:0 hesablı qələbə qazanıb.

Komanda bu gün Sloveniyadan Yunanıstana yola düşüb. Buradakı təlim-məşq toplanışı mayın 24-dək davam edəcək. Millinin sözügedən ölkə də yoxlama oyunları keçirməsi nəzərdə tutulur.

Yığma Qızıl Avropa Liqasında ilk oyunlarını Bakıda keçirəcək. Mayın 30-da və iyunun 1-də baş tutacaq bu görüşlərdə rəqiblər Macarıstan və Sloveniya komandaları olacaq.


SON XƏBƏRLƏR