• Bakı 27° C

    8.38 m/s

  • USD - 1.7

    EUR - 2.0029

    RUB - 2.1438

Tramp: Rusiya qoşunları Kiyevə cəmi beş saata çata bilər

DÜNYA

17 May 2025 | 16:40

Tramp: Rusiya qoşunları Kiyevə cəmi beş saata çata bilər

Rusiya qoşunları Kiyevə cəmi beş saata çata bilər.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə ABŞ prezidenti Donald Tramp Fox News telekanalına müsahibəsində bildirib .

“Əgər o Rusiya ordu tanklarının əhatəsində palçığa ilişməsəydi, o, təxminən beş saat ərzində Kiyevdə olardı”,- o qeyd edib.

Əlavə olaraq, Tramp Rusiya prezidenti Vladimir Putinin Ukrayna münaqişəsindən bezdiyini bildirib . Onun sözlərinə görə, Rusiya lideri “çox yaxşı görünmür”.

Tramp həmçinin Ukrayna prezidenti Volodimir Zelenskini dünyanın ən böyük ticarətçisi adlandırıb . Siyasətçi etiraf edib ki, Ukrayna lideri bu məsələdə ondan daha çox uğur qazanıb.

Qeyd edək ki, Ukrayna-Rusiya müharibəsinin ilk günlərindən etibarən bir çox Rusiya rəsmisi və eləcə də rəsmi media Kiyevin üç gün ərzində işğal ediləcəyini elan etsə də Rusiya ordusu böyük canlı qüvvə və hərbi texnika itkisinə məruz qalaraq geri çəkilməyə məcbur olmuşdu.


SON XƏBƏRLƏR

06 Iyul 2025
05 Iyul 2025