Bu ilin yanvar-aprel aylarında Azərbaycanda 8 min 689,6 ton kərə yağı istehsal edilib.
Bakıvaxtı.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin uyğun dövrü ilə müqayisədə 2.5 faiz azdır.
2024-cü ilin uyğun dövründə 8 min 912,8 ton kərə yağı istehsal edilmişdi.
Komitənin məlumatına görə, bu il mayın 1-nə hazır kərə yağı ehtiyatı 25,9 tondur.