• Bakı 17° C

    7.81 m/s

  • USD - 1.7

    EUR - 1.9044

    RUB - 2.125

Anar İsrafilov: İcbari tibbi sığorta ürək-damar xidmətlərini regionlarda da əlçatan edib

CƏMİYYƏT

17 May 2025 | 12:49

Anar İsrafilov: İcbari tibbi sığorta ürək-damar xidmətlərini regionlarda da əlçatan edib

“Konqresin Heydər Əliyevin əziz xatirəsinə həsr olunması mənəvi baxımdan dərin əhəmiyyət kəsb edir”.

 

Bakıvaxtı.az xəbər verir ki, bunu Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunan "Bakı Ürək Günləri" 9-cu Beynəlxalq Konqresində TƏBİB-in İcraçı direktorunun müavini Anar İsrafilov deyib.

Anar İsrafilov bildirib ki, ölkə rəhbərliyinin səhiyyə sahəsinə göstərdiyi diqqət və qayğı, xüsusilə son illərdə atılan addımlar, o cümlədən icbari tibbi sığortanın tətbiqi, Azərbaycan səhiyyəsinin inkişafında mühüm mərhələ olub:

“İcbari tibbi sığortanın tətbiqi nəticəsində kardioloji xidmətlərin əlçatanlığı xeyli artmış, bu xidmətlər yalnız Bakı və böyük şəhərlərlə məhdudlaşmayıb, həm də regionlarda geniş yayılıb".

A. İsrafilov qeyd edib ki, artıq Şirvan və digər bölgələrdə yerləşən tibb mərkəzlərinə kardioloji yardım üçün müraciət edənlərin sayı artıb və bunun nəticəsində ürək-damar xəstəliklərindən ölüm hallarında nisbi azalma müşahidə olunub. Lakin o, həmçinin vurğulayıb ki, dünya miqyasında bu sahədə problemlər hələ də aktuallığını qorumaqdadır və işlərin davam etdirilməsi zəruridir.

Mina Mikayılova 


SON XƏBƏRLƏR