• Bakı 9° C

    2.11 m/s

  • USD - 1.7

    EUR - 1.8607

    RUB - 2.0719

65 yaşlı kişi torpağa görə bacısı və onun ailəsini öldürdü

DÜNYA

17 May 2025 | 19:42 | Müəllif: Subhan Mahmudov

65 yaşlı kişi torpağa görə bacısı və onun ailəsini öldürdü

Türkiyədə 65 yaşlı Mehmet D. torpaq mübahisəsi zəminində baş verən dava zamanı bacısını, bacısının ərini və onların oğlunu tüfənglə öldürüb.

Bakıvaxtı.az "TRT Haber”ə istinadən xəbər verir ki, hadisə Bartın şəhərində baş verib.

Belə ki, Mehmet D. ilə bacısı Havva D. (50), qaynı Abdullah D. (55) və bacısı oğlu Erhan D. (35) arasında dava düşüb. Mehmet D. ortaq istifadə etdikləri sahəni şumladıqlarını iddia edərək onları ov tüfəngi ilə vurub.

Silah səslərini eşidənlərin hadisəni xəbər verməsinin ardından əraziyə səlahiyyətli qurumlar gəlib.

Hadisəni törətdikdən sonra qaçan Mehmet D. polis tərəfindən saxlanılıb/Qafqazınfo


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

25 Noyabr 2026