• Bakı 16° C

    8.09 m/s

  • USD - 1.7

    EUR - 1.9044

    RUB - 2.125

Havada iki helikopter toqquşdu: 5 nəfər...

DÜNYA

17 May 2025 | 22:27

Havada iki helikopter toqquşdu: 5 nəfər...

Finladiyanın qərbində, Eura aerodromu yaxınlığında Estoniyanın paytaxtı Tallindən havaya qalxan iki helikopterin toqquşması nəticəsində beş nəfər həlak olub.

Bakıvaxtı.az Estoniyanın dövlət televiziyası ERR-ə istinadən xəbər verir ki, bu barədə ölkənin Xarici İşlər Nazirliyindən bildirilib.

"Robinson R44 Raven" yüngül model iki helikopterin göyərtəsində ümumilikdə beş nəfər olub – biri iki, digəri isə üç nəfəri daşıyırmış. Polis əməkdaşları həlak olan şəxslərin kimliyini müəyyən etmək üzərində işləyir.

Estoniya Xarici İşlər Nazirliyinin konsulluq yardım şöbəsinin direktoru Margus Sarglep ERR-ə verdiyi açıqlamada bildirib ki, ilkin məlumatlara görə, toqquşma nəticəsində sağ qalan olmayıb.

Finlandiya Müdafiə Nazirliyi isə daha əvvəl vurğulayıb ki, hava məkanında baş verən bu toqquşmanın ölkənin hərbi obyektləri və texnikası ilə heç bir əlaqəsi yoxdur.


SON XƏBƏRLƏR

17 May 2025