• Bakı 16° C

    8.09 m/s

  • USD - 1.7

    EUR - 1.9044

    RUB - 2.125

Baydenin səs yazısı yayıldı: Oğlunun ölüm tarixi...

DÜNYA

17 May 2025 | 21:50

Baydenin səs yazısı yayıldı: Oğlunun ölüm tarixi...

ABŞ-ın keçmiş prezidenti Co Baydenlə xüsusi prokuror Robert Heur arasında məxfi sənədlərin düzgün saxlanmaması ilə bağlı aparılan beş saatlıq söhbətin səs yazısı yayılıb.

Bakıvaxtı.az xəbər verir ki, səs yazısını "Axios" nəşri paylaşıb.

Məlumata görə, audio materialdan aydın olub ki, Bayden 2023-cü ilin oktyabrında keçirilən sorğu zamanı tez-tez fasiləyə çıxıb və bəzi suallara qeyri-müəyyən cavablar verib.

Söhbət zamanı keçmiş prezidentin vitse-prezidentlik dövrünə dair detalları qarışdırdığı və oğlu Bo Baydenin vəfat tarixini belə xatırlaya bilmədiyi diqqətdən yayınmayıb.

Gizli sənədlərin saxlanması ilə bağlı suala cavab verərkən Bayden sənədləri “bəlkə də gələcək nəsillər üçün saxladığını” bildirib.

Bundan əlavə, Baydenin yaxın komandası onun səhhətindəki problemləri nəzərə alaraq, yenidən seçkiyə qatılması halında xüsusi hazırlıqlar görməyi planlaşdırıb. Hətta onun bəzi tədbirlərdə əlil arabasında görünməsi ehtimalı da istisna edilməyib./axar.az


SON XƏBƏRLƏR

17 May 2025