• Bakı 14° C

    4.59 m/s

  • USD - 1.7

    EUR - 1.9328

    RUB - 2.0703

Sarkisyana verilən bəraət hökmü ləğv edildi

DÜNYA

18 Aprel 2025 | 17:45

Sarkisyana verilən bəraət hökmü ləğv edildi

Ermənistanın Apellyasiya Məhkəməsi Ermənistanın keçmiş prezidenti Serj Sarkisyan və digərləri barəsində çıxarılmış hökmdən prokurorun verdiyi şikayəti təmin edib.

Bakıvaxtı.az xəbər verir ki, yeni hökmlə adıçəkilən şəxslərə bəraət verilməsi barədə qərar ləğv olunub.

Cinayət işi təkrar baxışa göndərilib.

Qeyd edək ki, o və digərləri fermerlərin dizel yanacağı ilə təmin olunması üçün ayrılmış təqribən 1 milyon dollardan artıq dövlət vəsaitdən səmərəsiz istifadədə ittiham olunur.

İstintaqın versiyasına görə, şəbəkəyə bilavasitə Serj Sarkisyan rəhbərlik edib.

Sözügedən işdə Serj Sarkisyanla bərabər həm də kənd təsərrüfatı nazirinin keçmiş müavini Samvel Qalstyan, nazirliyin idarələrindən birinə rəhbərlik etmiş Gevork Harutyunyan və “Fleş” şirkətinin rəhbəri Barseq Beqlaryanın da adı keçir.

Serj Sarkisyan irəli sürülən ittihamları qəbul etmir.


SON XƏBƏRLƏR

18 Aprel 2025