• Bakı 16° C

    3.11 m/s

Neftimiz olmasa, Qərb iflic olacaq - Pezeşkian

DÜNYA

18 May 2025 | 16:42 | Müəllif: Subhan Mahmudov

Neftimiz olmasa, Qərb iflic olacaq - Pezeşkian

Enerji təchizatı, əsasən də neft kəsilərsə, Qərb ölkələri iflic vəziyyətinə düşəcək və bu halda Qərb stabil neft tədarükünü təmin etmək üçün Yaxın Şərq dövlətlərini bir-birinə qarşı qoyacaq.

Bakıvaxtı.az xəbər verir ki, bunu İran Prezidenti Məsud Pezeşkian deyib.

“Əgər enerji resursları Fars körfəzindən o tərəfə axmasa, Qərb ölkələrinin hamı iflic olacaq. Amma bizi bir-birimizlə döyüşməyə məcbur edəcəklər ki, enerji resurslarımızı istədikləri qiymətə asanlıqla ala bilsinlər. Neftimizi alıb əvəzində bizə silah verəcəklər ki, bir-birimizlə döyüşə bilək”, - Pezeşkian bildirib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

25 Oktyabr 2026