İyunun 19-da Türkiyənin Kahramanmaraş şəhərində salınan Azərbaycan Məhəlləsinin açılışı olacaq.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Modern.az-a açıqlamasında Türkiyə Böyük Millət Məclisinin(TBMM) hakim Ədalət və İnkişaf Partiyasından olan deputatı Şamil Ayrım bildirib.
Ş.Ayrım vurğulayıb ki, açılışda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Azərbaycan Prezidenti İlham Əliyev iştirak edəcəklər.
Xatırladaq ki, 2023-cü ilin fevralın 6-da mərkəzi Kahramanmaraşda baş verən zəlzələdən sonra Azərbaycanın dəstəyi ilə başlanan “Azərbaycan Məhəlləsi”nin tikintisi başa çatıb.
320 hektar ərazini əhatə edən layihədə 1 323 yaşayış evi və 799 iş yeri daxil olmaqla cəmi 2 122 tikili inşa edilib.
Layihə çərçivəsində zəlzələdə ciddi ziyan çəkən Sezai Karakoç İbtidai məktəbinin yerində Heydər Əliyev İbtidai məktəbi tikilib. TOKİ və Azərbaycan tərəfinin əməkdaşlığı ilə inşa edilən məktəbdə 20 sinif otağı, 3 laboratoriya, 3 uşaq bağçası sinfi, kitabxana, idman zalı və emalatxanalar da var.