• Bakı 23° C

    9.33 m/s

  • USD - 1.7

    EUR - 1.9762

    RUB - 2.1788

İsraildə üç nazir eyni zamanda istefa ərizəsi verib

DÜNYA

17 Iyul 2025 | 15:49

İsraildə üç nazir eyni zamanda istefa ərizəsi verib

İsrailin daxili işlər naziri Moşe Arbel, sosial işlər naziri Yaakov Margi və dini işləri üzrə naziri Mixael Malkieli Baş nazir Binyamin Netanyahuya istefa ərizələri yazıblar.

Bakıvaxtı.az xəbər verir, bu barədə “The Times of Israel” qəzeti məlumat yayıb.

Qeyd olunub ki, "Şas" partiyasını təmsil edən bu nazirliklərin rəhbərləri partiyanın hökumətdən çıxmaq istəyi ilə əlaqədar istefa ərizəsi verirlər. Daxili siyasi münaqişə dini ali təhsil müəssisəsindən olan tələbələrin hərbi xidmətdən azad edilməsini nəzərdə tutan qanunun qəbulu ilə bağlı problemlər nəticəsində baş verib.

"Şas" partiyasının nümayəndələri həmçinin səhiyyə naziri, əmək naziri və kənd təsərrüfatı nazirinin müavini vəzifələrini tuturlar. Gözlənilir ki, bu gün onlar da istefa ərizələrini verəcəklər.


SON XƏBƏRLƏR