• Bakı 24° C

    5.19 m/s

  • USD - 1.7

    EUR - 1.9729

    RUB - 2.0219

Dərman vasitələri ilə bağlı tələblər dəyişib

CƏMİYYƏT

18 Aprel 2025 | 15:13

Dərman vasitələri ilə bağlı tələblər dəyişib

Dərman vasitələrinin istehsalına, daşınmasına və saxlanmasına dair tələblərdə dəyişiklik edilib.

Bakıvaxtı.az xəbər verir ki, “Report”un əldə etdiyi məlumata görə, Səhiyyə Nazirliyinin kollegiyası qərar qəbul edib.

Dərman vasitəsi öz təyinatına, dövlət qeydiyyat sənədlərinin və ya klinik sınaqların protokollarına uyğun, keyfiyyətli, effektiv və təhlükəsiz istehsal edilməlidir.

Tələblərin yerinə yetirilməsi üçün şəraitin yaradılması və nəzarətin həyata keçirilməsi istehsalçının vəzifəsidir.

Bu tələblərə həmin müəssisədə çalışan işçilər, o cümlədən təchizatçılar və distributorlar tərəfindən əməl edilməlidir.

Məqsədə çatmaq üçün müəssisədə və keyfiyyətə dair risklərin idarə olunmasını əhatə edən, hərtərəfli işlənib hazırlanmış və düzgün tətbiq olunan Əczaçılıq Keyfiyyət Sistemi (ƏKS) olmalı və bütün komponentlər ixtisaslı işçi heyəti, uyğun sahələr və lazımi sayda avadanlıqla təmin olunmalıdır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

12 Sentyabr 2026