• Bakı 14° C

    4.3 m/s

  • USD - 1.7

    EUR - 1.9328

    RUB - 2.0703

"Qardaşımın yerini de, heç olmasa sümüklərini tapaq" - Babayanla üz-üzə

CƏMİYYƏT

18 Aprel 2025 | 22:11

Qardaşımın yerini de, heç olmasa sümüklərini tapaq - Babayanla üz-üzə

Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşları Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, David İşxanyan, David Babayan, Levon Mnatsakanyan və digərlərinin barəsində olan cinayət işləri üzrə açıq məhkəmə prosesinin baxış iclası aprelin 18-də davam etdirilib.

Bakıvaxtı.az xəbər verir ki, zərərçəkmiş şəxs Yaşar Əlməmmədov söz alaraq M.Babayana itkin düşmüş qardaşı barədə sual verərək deyib: “Mənim qardaşım Namiqi sənin dəstən apardı. Haraya aparmısan? Qardaşımın yerini de, heç olmasa sümüklərini tapaq. Onun arvadı həmin vaxt hamilə idi, oğlu oldu. İndi qardaşımın oğlunun 33 yaşı var, dərddən başı ağarıb. Qardaşım haradadır? Yerini de!”.

M.Babayan isə cavabında Namiq Əlməmmədovu tanımadığını iddia edib.

Bu zaman zərərçəkmiş şəxslərin nümayəndəsi Şaiq Hüseynov məhkəməyə müraciət edərək təqsirləndirilən şəxs David İşxanyanın M.Babayana suallara cavab verməsində kömək etməsinə etirazını bildirib.

Məhkəmə iclasına sədrlik edən Zeynal Ağayev D.İşxanyanın yerini dəyişib.


SON XƏBƏRLƏR

18 Aprel 2025