Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı milli musiqi irsimizi və klassik opera sənətini yaşatmaq məqsədilə “Milli Opera İncilərimiz” adlı yeni layihə təqdim edib.
Bu barədə Bakıvaxtı.az-a Mədəniyyət Nazirliyindən məlumat verilib.
Layihənin ilk konserti 17 may tarixində Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında keçirilib.
Konsert proqramında Üzeyir Hacıbəyli, Müslüm Maqomayev, Zülfüqar Hacıbəyov, , Qara Qarayev, Cövdət Hacıyev, Fikrət Əmirov, Cahangir Cahangirov, Firəngiz Əlizadə, Pikə Axundova və Siyavuş Kəriminin operalarından seçilmiş nümunələr səsləndirilib.
Tamaşaçılar qarşısında Xalq artistləri Samir Cəfərov, Gülnaz İsmayılova, Elçin Həşimov, Əməkdar artistlər İnarə Babayeva, Fərid Əliyev, Fəridə Məmmədova, Cahangir Qurbanov, Təyyar Bayramov, Arzu Əliyeva, Elnur Əhmədov, Elxan Mansurov, Şirzad Fətəliyev və solistlər Fəhmin Əhmədli, Rəvanə Əmiraslanlı, Xəyal Hüseynov, Atəş Qarayev, Fatimə Cəfərzadə, Səma Həmzayeva, Aydan Quliyeva çıxış ediblər.
Konsertə Teatrın simfonik orkestri və xor kollektivi müşayiət edib.
Dirijor – Əməkdar artist teatrln baş dirijoru, Əyyub Quliyev, xormeyster – teatrln baş xormeystri Əməkdar incəsənət xadimi Sevil Hacıyeva, layihənin rejissoru – teatrın baş rejissoru Əməkdar incəsənət xadimi Hafiz Quliyevdir.
Konsert tamaşaçılar tərəfindən sürəkli alqışlarla qarşılanıb.
Layihənin ay ərzində bir dəfə nümayiş olunması nəzərdə tutulur.