• Bakı 14° C

    4.61 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Tramp: Ukraynada vəziyyət nizamlanmaya doğru gedir

DÜNYA

18 Aprel 2025 | 22:22 | Müəllif: Subhan Mahmudov

Tramp: Ukraynada vəziyyət nizamlanmaya doğru gedir

ABŞ prezidenti Donald Tramp hesab edir ki, Ukraynada atəşkəs və münaqişənin həlli ilə bağlı razılaşmaların əldə olunması prosesi nizamlanmaya doğru yaxınlaşır.

Bakıvaxtı.az xəbər verir ki, Amerika lideri bunu Ağ Evdə jurnalistlərin suallarını cavablandırarkən deyib.

“Gəlin görək buna nail ola bilərikmi? Düşünürəm ki, buna nail olmaq üçün həqiqətən yaxşı şansımız var. İndi hər şey nizamlanmaya doğru gedir”.

“Rusiyanın münaqişənin həlli ilə bağlı ABŞ-ı aldatmağa cəhd edib-etmədiyi” sualına Tramp belə cavab verib: “Heç kim heç kimlə oynamır”.

O, bütün tərəflərin ruh yüksəkliyi nümayiş etdirdiyinə əminliyini ifadə edib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026