Slovakiyanın baş naziri Robert Fitso keçənilki sui-qəsd cəhdindən sonra üçüncü əməliyyat keçirib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Slovakiyanın müdafiə naziri və siyasətçinin yaxın adamı Robert Kalinyak bildirib.
Onun sözlərinə görə, bütün cərrahi müdaxilələr uğurlu alınıb. Kalinyak qeyd edib ki, əvvəllər cəmi iki əməliyyat haqqında məlumat var idi, üçüncü əməliyyatın isə fəsadsız keçdiyi məlum olana qədər ictimaiyyətə məlumat verilməyib.
"Robert Fitsonun vəziyyəti sui-qəsddən sonra çox ağır idi", - müdafiə naziri deyib.