• Bakı 20° C

    6.63 m/s

  • USD - 1.7

    EUR - 1.9654

    RUB - 2.1656

İsrail hazırda İranla nizamlanma ilə bağlı danışıqlar aparmır

DÜNYA

17 Iyun 2025 | 18:00

İsrail hazırda İranla nizamlanma ilə bağlı danışıqlar aparmır

İsrail hakimiyyəti hazırda İranla vəziyyətin sabitləşdirilməsi ilə bağlı danışıqlarda iştirak etmir.

Bakıvaxtı.az “İnterfaks"a istinadən xəbər verir ki, bunu İsrailin müdafiə naziri İsrael Kats bildirib.

"Biz danışıqlar aparmırıq və İsrail vətəndaşlarına ziyan dəyməsinə imkan verməyəcəyik", - o qeyd edib.

ABŞ-nin İranla bağlı İsrailin hərbi kampaniyasına qoşulub-qoşulmayacağı sualına cavab olaraq Kats ABŞ-ni İsrailə İranın hücumlarından qorunmağa kömək edən "böyük dost" adlandırıb.

"ABŞ Prezidentinin qəbul etdiyi qərarlar yalnız bu ölkənin qərarlarıdır və biz onların hər birinə hörmət edəcək, istənilən yardıma görə minnətdar olacağıq", - nazir əlavə edib.


SON XƏBƏRLƏR