Teleqram Qərbi Avropa ölkəsinin prezident seçkisi ərəfəsində Rumıniyanın mühafizəkar kanallarını susdurmaq tələbini rədd edib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Teleqramın həmtəsisçisi Pavel Durov deyib.
"Qərbi Avropa hökuməti (təxmin edin hansı?) Rumıniyada bugünkü prezident seçkiləri ərəfəsində mühafizəkar səsləri susdurmaq üçün Teleqrama müraciət edib.
Mən qəti şəkildə imtina etdim", - Durov qeyd edib.
O vurğulayıb ki, Teleqram rumıniyalı istifadəçilərin azadlıqlarını məhdudlaşdırmayacaq və onların siyasi kanallarını əngəlləməyəcək:
"Demokratiyanı məhv etməklə, demokratiyanı müdafiə edə bilməzsiniz. Seçkiyə müdaxilə etməklə seçki müdaxiləsi ilə mübarizə apara bilməzsiniz".