SEPAH-ın İsrailə hücumlarının onuncu dalğası başlayıb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə “Tasnim” məlumat yayıb.
“İslam İnqilabı Keşikçiləri Korpusunun Aerokosmik Qüvvələri tərəfindən “işğal olunmuş ərazilərdəki” (İsrail nəzərdə tutulur – red.) hədəflərə pilotsuz təyyarə və raket hücumları həyata keçirilir. Hücum zamanı SEPAH mühüm və strateji hədəflərə çoxsaylı ballistik raket atıb”, - məlumatda qeyd edilib.