• Bakı 23° C

    8.9 m/s

  • USD - 1.7

    EUR - 1.9762

    RUB - 2.1788

Rusiya yaxın günlərdə genişmiqyaslı hücuma keçəcək

DÜNYA

17 Iyul 2025 | 19:42

Rusiya yaxın günlərdə genişmiqyaslı hücuma keçəcək

Rusiya yaxın günlər və ya həftələrdə Ukraynaya genişmiqyaslı yay hücumuna keçə bilər.

Bakıvaxtı.az apa-ya istinadən xəbər verir ki, bu barədə CNN-də çap olunan məqalədə deyilir.

Bildirilib ki, Ukrayna rəsmiləri Rusiyanın cəbhə xəttinə 160 minlik qoşun cəmləşdirdiyini xəbər verib.

Yazıda deyilir ki, Rusiya ordusu Kupyansk, Pokrovsk və Kostiantynivka bölgələrində mühüm irəliləyişlər əldə edərək Ukrayna qoşunlarını pis vəziyyətdə qoyub. O da bildirilib ki, vəziyyət belə davam etsə, Ukrayna ordusunun şərq cinahında 3 mühüm dayaq nöqtəsi itirilə bilər:

“Rusiya son 72 saat ərzində Pokrovskun şimal-şərqində yerləşən Rodinske qəsəbəsinə yaxınlaşıblar. Eyni zamanda, Pokrovskun qərb hissəsində də rus qoşunları irəliləyiş əldə edərək Udaçne kəndini mühasirəyə almağa çalışır ki, bu da Pokrovskdakı Ukrayna qoşunlarına logistik təminatın qarşısına almaqda ruslara daha çox imkan verəcək”.

Analitiklər Trampın Rusiyaya verdiyi 50 günlük möhlətin Putinin işinə yaradığı fikrindədirlər. Onların hesablamalarına görə, 50 gün Rusiyanın alternativ planlar qurması üçün Putinə kifayət edəcək və Vaşinqtona qarşı diplomatik hiylədən istifadə edərək ABŞ-ı qabaqlayacaq.

Şərhçilərin fikrincə, Trampın Rusiyaya verdiyi 50 günlük möhlət həm də Ukraynanın çətinliklərini artırır.


SON XƏBƏRLƏR