• Bakı 26° C

    1.25 m/s

  • USD - 1.7

    EUR - 1.9827

    RUB - 2.1317

Əlcəzairdə avtobus körpüdən aşıb: 18 ölü

DÜNYA

16 Avqust 2025 | 17:22

Əlcəzairdə avtobus körpüdən aşıb: 18 ölü

Əlcəzairdə sərnişin avtobusu yoldan çıxaraq körpüdən çaya düşüb.

Bakıvaxtı.az xəbər verir ki, qəza Haraş rayonundakı Əl-Hava əl-Cəmil istiqamətində Əl-Məhəmmədiyə bölgəsində baş verib.

Nəticədə 18 nəfər həlak olub, 9 nəfər yaralanıb. Yaralılardan ikisi ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Hadisə yerində xilasetmə işlərinə 25 təcili yardım maşını, 16 dalğıc və 4 qayıq cəlb olunub.


SON XƏBƏRLƏR