NATO faktiki olaraq Rusiya ilə müharibə aparır.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.
Məlumata görə, Polşa XİN rəhbərinin əks mövqeli açıqlamasına cavab olaraq NATO-nun Ukraynaya birbaşa və dolayısı ilə dəstəyi ilə münaqişədə “de-fakto” iştirak etdiyini vurğulanıb.
Peskov Avropa ölkələrinin böhranın əsas səbəblərinə diqqət yetirmədiyini və prosesə müdaxilə etdiyini deyib.
O, Rusiyanın Ukrayna böhranını siyasi və diplomatik yollarla həll etməkdə maraqlı olduğunu, lakin Kiyevin prosesi süni şəkildə yubatdığını qeyd edib.
Kremlin sözçüsü Putin və Zelenski arasında mümkün görüşün yalnız yaxşı hazırlandığı halda faydalı ola biləcəyini əlavə edib.
Əli Hüseynov