• Bakı 18° C

    3.22 m/s

  • USD - 1.7

    EUR - 1.9752

    RUB - 2.125

KİV: Əş-Şəraa Moskvaya səfəri zamanı Bəşşar Əsədin təhvil verilməsini tələb edəcək

DÜNYA

15 Oktyabr 2025 | 14:29

KİV: Əş-Şəraa Moskvaya səfəri zamanı Bəşşar Əsədin təhvil verilməsini tələb edəcək

Suriya lideri Əhməd Əş-Şəraa Moskvaya səfəri zamanı keçmiş prezident Bəşşar Əsədin təhvil verilməsini tələb etmək niyyətindədir.

Bu barədə Bakıvaxtı.az Yaxın Şərq KİV-inə istinadən məlumat verib.

"Əş-Şəraa keçmiş prezidentin Suriya xalqına qarşı cinayətlərə görə məsuliyyətə cəlb edilməsinə nail olmaq niyyətindədir", - mənbə qeyd edir.

Məlumata görə, o, həmçinin Rusiya Prezidenti Vladimir Putinlə Yaxın Şərqdəki vəziyyəti, ölkələr arasında ikitərəfli münasibətlərin gücləndirilməsini müzakirə edəcək.

Rusiyadakı Suriya diasporunun nümayəndələri ilə görüşməyi planlaşdıran Əş-Şəraa ölkənin Moskvadakı səfirliyini ziyarət etməyəcək.


SON XƏBƏRLƏR