• Bakı 22° C

    2.02 m/s

Çin Tailandla strateji əlaqələri gücləndirməyə hazırdır 

DÜNYA

14 Noyabr 2025 | 13:44 | Müəllif: Əli Hüseynov

Çin Tailandla strateji əlaqələri gücləndirməyə hazırdır

Çin növbəti 50 ildə daha böyük tərəqqiyə nail olunması məqsədilə Tailandla strateji münasibətləri gücləndirməyə hazırdır.

Bakıvaxtı.az CCTV telekanalına istinadən xəbər verir ki, bunu Çin sədri Si Cinpin Tailand kralı Maxa Vaçiralonqkornla görüşü zamanı bildirib.

Çin lideri strateji əməkdaşlığı gücləndirməyə çağırıb və iri layihələrin, məsələn, dəmir yolunun inşasının həyata keçirilməsini təşviq etməyə, Tailanddan kənd təsərrüfatı məhsullarının idxalını genişləndirməyə, həmçinin süni intellekt, rəqəmsal iqtisadiyyat və aerokosmik sahələrdə əməkdaşlığı inkişaf etdirməyə hazır olduğunu qeyd edib.

M.Vaçiralonqkorn isə Tailandın müxtəlif sahələrdə Çinin təcrübəsini fəal şəkildə öyrənməyə hazır olduğunu vurğulayıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Oktyabr 2026