• Bakı 16° C

    7.22 m/s

  • USD - 1.7

    EUR - 1.9661

    RUB - 2.0902

Çin Yaponiyaya ultimatum verdi

DÜNYA

14 Noyabr 2025 | 12:57

Çin Yaponiyaya ultimatum verdi

Yaponiyanın özünü müdafiə qüvvələri Tayvanın statusu məsələsinə hərbi yolla müdaxilə etməyə çalışarsa, bunun ağır bədəlini ödəyəcəklər.

Bakıvaxtı.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu Çin Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi Tzyan Bin bildirib.

Nümayəndənin fikrincə, Tokio rəsmiləri “öz tarixlərindən dərs çıxarmalı” və Taypey uğrunda riskə getməməlidirlər.

“Onlar Çin Xalq Azadlıq Ordusunun (ÇXAO) dəmir iradəsi qarşısında darmadağın olacaq”, - deyə ÇXR Müdafiə Nazirliyinin sözçüsü əlavə edib.


SON XƏBƏRLƏR

01 Aprel 2026