• Bakı 16° C

    2.22 m/s

  • USD - 1.7

    EUR - 1.9792

    RUB - 2.1079

Yunanıstan Türkiyə siyasətində diqqətli olmalıdır - AÇIQLAMA

DÜNYA

14 Noyabr 2025 | 13:19

Yunanıstan Türkiyə siyasətində diqqətli olmalıdır - AÇIQLAMA

Türkiyədə 20 hərbçinin şəhid olması ilə nəticələnən C-130 təyyarə qəzası regionda böyük kədərlə qarşılanıb.

Hadisədən sonra Yunanıstan Müdafiə Nazirliyinin sosial media hesabında C-130 təyyarəsinin görüntüsünün "Günün fotosu" başlığı altında paylaşılması isə Türkiyə ictimaiyyətində ciddi narazılıq doğurub. İctimaiyyət arasında geniş müzakirələrə səbəb olan paylaşım silinsə də, Türkiyə Xarici İşlər Nazirliyinin Yunanıstana şifahi nota verdiyi bildirilib. Bir çox media qurumu bunu “alçaq paylaşım” adlandıraraq, Yunanıstanın həssas məqamda belə addım atmasını tənqid edib.

Yunanıstanın bu paylaşımı sadəcə sosial media səhvi kimi qiymətləndirilməlidir, yoxsa bu, Türkiyəyə verilmiş siyasi mesajdır?

Məsələ ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən politoloq Kazım Kazımov bildirib ki, Yunanıstan Hava Qüvvələrinin bu hadisədən sonra qeyri-humanist bir paylaşım etməsi Yunanıstan adına utancverici bir haldır.

"Türkiyə Xarici İşlər Nazirliyinin müdaxiləsindən sonra həmin paylaşım silinsə də, bu hərəkət özlüyündə utancverici hadisə olaraq qalır. Əlbəttə, bunu tamamilə Yunanıstan hökumətinin planladığını demək düzgün olmaz; ola bilər ki, bu, hava qüvvələrindəki bir şəxsin təşəbbüsü olub".

Kazım Kazımov: Yunanıstanda Türkiyəyə düşmən mövqelər hələ də qalır

Politoloqun fikrincə, bu məsələ ilə bağlı Yunanıstan hökumətinin ciddi addımlar atması vacibdir. Belə hallarda məsul şəxslər cəzalanmalıdır. Əks təqdirdə, hadisənin kölgəsi bütün Yunanıstan hökumətinin üzərinə düşəcək.

Müsahibimiz orada hələ də Türkiyəyə qarşı düşmən münasibət bəsləyən qrupların mövcudluğundan söz açıb.

"Bunlar Ayasofya Məscidinin açılmasına, Türkiyənin regional güc kimi inkişafına qarşı qısqanclıq göstərirlər. Bütün bunlar göstərir ki, Yunanıstan siyasəti Türkiyə məsələlərində daha diqqətli olmalıdır".

Zeynəb Rzayeva


SON XƏBƏRLƏR