• Bakı 20° C

    2.85 m/s

  • USD - 1.7

    EUR - 1.9949

    RUB - 2.0391

Tramp: ABŞ və Çin arasında ticarətlə bağlı danışıqlar uğurlu keçib

DÜNYA

15 Sentyabr 2025 | 16:32

Tramp: ABŞ və Çin arasında ticarətlə bağlı danışıqlar uğurlu keçib

Avropada ABŞ və Çin arasında ticarətlə bağlı görüş keçirilib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə ABŞ prezidenti Donald Tramp özünün “Truth Social” hesabında məlumat verib.

“Avropada Amerika və Çin arasında ticarətlə bağlı böyük bir görüş olub və görüş çox yaxşı keçib. Danışıqlar tezliklə bitəcək. Ölkəmizdə cavan əhalinin saxlamaq istədiyi “müəyyən” bir şirkətlə əlaqədar razılaşma əldə olunub. Onlar sevinəcəklər. Cümə günü Si Cinpinlə danışacağam. Bizim əlaqələrimiz çox güclü olaraq qalır”,- Tramp qeyd edib.


SON XƏBƏRLƏR