• Bakı 19° C

    3.56 m/s

  • USD - 1.7

    EUR - 1.9044

    RUB - 2.125

Zelenski Papa XIV Leo ilə görüşüb - FOTO

DÜNYA

18 May 2025 | 19:18

Zelenski Papa XIV Leo ilə görüşüb - FOTO

Bu gün, 18 may tarixində keçirilən inaqurasiya messasından sonra Roma Papası XIV Leo Ukrayna Prezidenti Volodimir Zelenski və ölkənin birinci xanımı Yelena Zelenska ilə görüş keçirib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Ukrayna lideri özünün rəsmi Telegram kanalında məlumat verib.

“İnaqurasiya messasından sonra Roma Papası XIV Leo ilə görüşdük. Onun Müqəddəsliyinə bu qəbul üçün təşəkkür edirik,” – deyə Zelenski qeyd edib.

Ukrayna Prezidenti bildirib ki, pontifik milyonlarla insan üçün sülhə olan ümidi təmsil edir. O, Papa XIV Leonun Ukraynadakı müharibənin başa çatmasında mühüm rol oynaya biləcəyinə əminliyini ifadə edib.

“Vatikana Ukrayna və Rusiya arasında birbaşa danışıqlar üçün platforma rolunu oynamağa hazır olduqlarına görə təşəkkür edirəm. Biz real nəticələr uğrunda istənilən formatda dialoqa hazırıq. Ukraynaya verdiyiniz dəstəyə və ədalətli, davamlı sülhün müdafiəsində səsləndirdiyiniz dəqiq mövqeyinizə görə təşəkkür edirik,” – deyə Zelenski əlavə edib./apa


SON XƏBƏRLƏR

17 May 2025