• Bakı 18° C

    8.3 m/s

  • USD - 1.7

    EUR - 1.8896

    RUB - 2.0988

Ukrayna mülki şəxslər üçün hərbi təlimlərə başlayır

DÜNYA

18 Aprel 2025 | 16:38

Ukrayna mülki şəxslər üçün hərbi təlimlərə başlayır

Ukrayna hökuməti ölkənin bütün regionlarında mülki şəxslər üçün hərbi təlim mərkəzlərinin açılması haqqında qərar qəbul edib. 

Bakıvaxtı.az "The Kyiv İndependent"ə istinadən xəbər verir ki, bu barədə Vladimir Zelenskinin ofisinin saytında məlumat verilib.

Məlumata əsasən, vətəndaşları milli müqavimətə hazırlamaq üçün mərkəzlər Ukraynanın hər bir bölgəsində fəaliyyət göstərəcək. Mərkəzlərin rəisləri hərbi idarələrin tövsiyələri əsasında regional şuralar tərəfindən təyin ediləcək, ərazi müdafiə qüvvələri isə standart təlim proqramını təsdiq edəcək.

Qeyd edək ki, bir müddət öncə Zelenskinin ofis rəhbərinin müavini Pavlo Palisa bildirmişdi ki, Ukraynanın bütün vətəndaşları, o cümlədən qadınlar orduda xidmət etməlidirlər, əks halda onlar bir sıra hüquqlardan məhrum olacaqlar.

Gülşən Şərif


SON XƏBƏRLƏR