• Bakı 16° C

    3.68 m/s

Narkotiki ölkəyə PUA ilə keçirmək istədilər - FOTOLAR

HADİSƏ

18 Aprel 2025 | 19:59 | Müəllif: Subhan Mahmudov

Narkotiki ölkəyə PUA ilə keçirmək istədilər - FOTOLAR

Aprel ayının 18-də Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunları Komandanlığının “Horadiz” sərhəd dəstəsinin xidməti ərazisində narkotik vasitənin pilotsuz uçuş aparatı vasitəsilə (PUA) İran İslam Respublikasından Azərbaycan Respublikasına keçirilməsinin qarşısı alınıb.

DSX-nin mətbuat xidmətindən Bakıvaxtı.az-a verilən məlumata görə, keçirilmiş əməliyyat-qoşun tədbirləri nəticəsində hava məkanımıza qanunsuz daxil olan kiçik ölçülü PUA vaxtında aşkarlanaraq zərərsizləşdirilib.

Hadisə yerinə baxış zamanı ümumi çəkisi 543 qram narkotik vasitə (8 qram tiryək; 535 qram marixuana) götürülüb.

Faktla bağlı əməliyyat-istintaq tədbirləri davam etdirilir.


Narkotiki ölkəyə PUA ilə keçirmək istədilər - FOTOLARNarkotiki ölkəyə PUA ilə keçirmək istədilər - FOTOLARNarkotiki ölkəyə PUA ilə keçirmək istədilər - FOTOLAR
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

26 Oktyabr 2026