• Bakı 18° C

    9.32 m/s

  • USD - 1.7

    EUR - 1.9044

    RUB - 2.125

Masallıda 3 otaqlı ev yandı

HADİSƏ

17 May 2025 | 23:47

Masallıda 3 otaqlı ev yandı

Masallı rayonunun Ərkivan qəsəbəsində ümumi sahəsi 120 m² olan birmərtəbəli 3 otaqlı evdə yanğın olub.

Bakıvaxtı.az xəbər verir ki, evin dəhlizinin və mətbəxinin tavanı 52 m² sahədə, dam örtüyünün yanar konstruksiyaları, evə bitişik ümumi sahəsi 64 m² olan talvarın (taxta sexi kimi fəaliyyət göstərir) yanar konstruksiyaları və altında olan 8 ədəd dəzgah yanıb.

Evin qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.


SON XƏBƏRLƏR

17 May 2025