• Bakı 22° C

    1.15 m/s

  • USD - 1.7

    EUR - 1.9776

    RUB - 1.9766

Tramp: Qəzzaya kömək edəcəyik

DÜNYA

17 May 2025 | 23:25 | Müəllif: Subhan Mahmudov

Tramp: Qəzzaya kömək edəcəyik

ABŞ prezidenti Donald Tramp bildirib ki, Qəzza zolağında insanlar aclıqdan əziyyət çəkir və o, bu problemi həll etmək üçün artıq addımlar atmağa başlayıb.

Bakıvaxtı.az
xəbər verir ki, Əbu-Dabidə "Fox News"a verdiyi açıqlamada Tramp qeyd edib:

"Üç əsas liderdən biri məndən Fələstin xalqına yardım etməyi xahiş etdi. Mən də bu işə başlamışam".

O, Qəzzanın gələcəkdə azad zona olmalı olduğunu vurğulayıb və İsrail Baş naziri Netanyahunu "çətin vəziyyətdə" adlandırıb.

Xatırladaq ki, Tramp daha əvvəl ABŞ-ın Qəzzaya sahib çıxması təklifini irəli sürmüş, bu ideya beynəlxalq aləmdə dəstək tapmamışdı./Milli.az


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

09 Sentyabr 2026