• Bakı 15° C

    3.75 m/s

  • USD - 1.7

    EUR - 1.8945

    RUB - 2.1118

Mingəçevirdə AĞIR QƏZA - Yaralılar var

HADİSƏ

17 May 2025 | 23:28 | Müəllif: Subhan Mahmudov

Mingəçevirdə AĞIR QƏZA - Yaralılar var

Mingəçevirdə ağır yol nəqliyyat hadisəsi baş verib.

Bakıvaxtı.az qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə şəhərin giriş hissəsində, Alaqapı adlanan ərazidə olub.

Belə ki, 1992-ci il təvəllüdlü Pərviz Süleymanov idarə etdiyi "KİA" markalı avtomobillə hərəkətdə olarkən 1998-ci il təvəllüdlü Pərviz Quliyevə məxsus "Chevrolet" markalı maşınla toqquşub.

Nəticədə "KİA"da olan sərnişinlər Ucar rayon sakini 1960-cı il təvəllüdlü Svetlana Səmədova və 1968-ci il təvəllüdlü Mingəçevir şəhər sakini Şamba Süleymanova xəsarət alıb. Yaralılar Mingəçevir Şəhər Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

29 Oktyabr 2026