• Bakı 19° C

    1.95 m/s

  • USD - 1.7

    EUR - 1.9044

    RUB - 2.125

Şabrandakı qəzada qazi və xanımı dünyasını dəyişdi - VİDEO - YENİLƏNİB

HADİSƏ

18 May 2025 | 17:28

Şabrandakı qəzada qazi və xanımı dünyasını dəyişdi - VİDEO - YENİLƏNİB

Şabranda baş verən qəzada ölənlərin kimliyi müəyyən olunub.

Bakıvaxtı.az xəbər verir ki, hadisə nəticəsində sürücü, əslən Sabirabad rayonunun Ulucalı kəndindən olan, 1-ci qrup Qarabağ əlili Zeynalzadə Akif Səbahət oğlu dünyasını dəyişib.

Ölən ikinci şəxs isə sərnişin Dinarə Zeynalzadə olub. O, O, Akif  Zeynalzadənin həyat yoldaşıdır. 

Dinara ikinci körpəsinə hamilə olub. Onların bir övladı da var.

***

14:50

Şabran rayonund ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

Bakıvaxtı.az xəbər verir ki, hadisə Bakı - Quba - Rusiya Federasiyası dövlət sərhədi avtomobil yolunun Şabran rayonu ərazisindən keçən hissəsində baş verib.

Belə ki, "Renault" markalı minik avtomobilinin və yük maşınının (TIR) toqquşması nəticəsində iki nəfər hadisə yerində ölüb.

Qəzaya səbəb kimi minik avtomobilinin qarşı hərəkət zolağına çıxması göstərilir.

Faktla bağlı araşdırma aparılır.


SON XƏBƏRLƏR

17 May 2025