• Bakı 19° C

    3.56 m/s

  • USD - 1.7

    EUR - 1.9044

    RUB - 2.125

Xudafərin körpüsündə qazıntı aparan şəxsin meyiti TAPILDI

HADİSƏ

18 May 2025 | 17:57

Xudafərin körpüsündə qazıntı aparan şəxsin meyiti TAPILDI

Mayın 11-də tarixi Xudafərin körpüsündə qanunsuz qazıntı aparan şəxsin Araz çayında meyiti aşkarlanıb.

Bakıvaxtı.az GunAZ TV-yə istinadən xəbər verir ki, meyit Xudafərin körpüsündən 500 metr aşağıda, dəmir körpünün 30 metrliyində tapılıb. Xilasedicilərin hələlik kimliyi məlum olmayan şəxsin meyitini çıxarmaq üçün əməliyyat apardıqları bildirilib.

Qeyd edək ki, mayın 11-də saat 04:00 radələrində Azərbaycan Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunları Komandanlığının “Horadiz” sərhəd dəstəsinin xidməti ərazisində, Xudafərin körpüsü istiqamətində naməlum şəxslərin şübhəli hərəkəti müşahidə olunub.

İran ərazisindən "Xudafərin" körpüsünə daxil olan 4 nəfər sürünərək körpünün Azərbaycan Respublikası ərazisindəki hissəsinə keçərək körpünün sütun hissəsində qazıntı işləri aparmağa başlayıblar.

Sərhəd naryadının həmin istiqamətə yaxınlaşmasını görən sərhəd pozucularından biri özünü Araz çayına atıb, geriyə qaçan digər üç nəfər isə İran ərazisində saxlanılıb.


SON XƏBƏRLƏR

17 May 2025