• Bakı 19° C

    7.96 m/s

  • USD - 1.7

    EUR - 1.9044

    RUB - 2.125

Meksika HDQ-nin gəmisi Bruklin körpüsünə çırpılıb: 19 nəfər... - YENİLƏNİB

DÜNYA

18 May 2025 | 09:01

Meksika HDQ-nin gəmisi Bruklin körpüsünə çırpılıb: 19 nəfər... - YENİLƏNİB

Meksika Hərbi Dəniz Qüvvələrinə məxsus yelkənli gəminin Nyu-Yorkda Bruklin körpüsü ilə toqquşması nəticəsində 19 nəfər yaralanıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə şəhərin meri Erik Adams məlumat verib.

Yaralananlardan 4 nəfərin vəziyyəti ağırdır. Ümumilikdə gəmidə 277 nəfər olub.

Körpünün konstruksiyasına ziyan dəyməyib və nəqliyyatın hərəkəti bərpa edilib.

***07:43

Meksika Hərbi Dəniz Qüvvələrinə məxsus, içərisində təxminən 200 nəfərin olduğu yelkənli gəmi Nyu-Yorkda (ABŞ - red.) Bruklin körpüsü ilə toqquşub.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə “New York Post” qəzeti məlumat yayıb.

Məlumata görə, hadisə nəticəsində zərərçəkənlər var, onlardan bir neçəsinin vəziyyəti ağırdır.

Təcili yardım xidmətləri dənizə düşən olub-olmadığını yoxlayır. Hadisə nəticəsində xəsarət alanların sayı barədə hələlik məlumat yoxdur.


SON XƏBƏRLƏR

17 May 2025