• Bakı 26° C

    2.98 m/s

  • USD - 1.7

    EUR - 1.909

    RUB - 2.029

Şagirdlərə məktəbdə mobil telefon qadağası

DÜNYA

17 Iyun 2025 | 08:59 | Müəllif: Qalib İbrahimoğlu

Şagirdlərə məktəbdə mobil telefon qadağası

İtaliyada ümumtəhsil məktəblərində orta sinif şagirdlərinin mobil telefonlardan istifadə etməsi qadağan olunub.

Bakıvaxtı.az-ın məlumatına görə, bu barədə ölkənin təhsil naziri Cüzeppe Valditara müvafiq qərar imzalayıb.

Qərara əsasən yeni tədris ilindən etibarən orta sinif şagirdlərinə dərs zamanı və ümumiyyətlə məktəbdə olduqları müddətdə mobil telefondan istifadə qadağan ediləcək.

Yalnız xüsusi hallarda - əlilliyi və ya öyrənmə çətinlikləri olan şagirdlərə mobil telefondan istifadəyə icazə veriləcək.

Qeyd edək ki, əvvəllər bu qadağa yalnız ibtidai sinif şagirdlərinə şaml edilirdi. Yeni qaydalar texnologiyanın şagirdlərin diqqətini yayındırmasının və tədris prosesinə mənfi təsirinin qarşısını almağa yönəlib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

16 Oktyabr 2026