• Bakı 29° C

    11.7 m/s

  • USD - 1.7

    EUR - 1.9753

    RUB - 2.1795

Avropa Birliyinin tarixində rekord: 2 trilyonluq büdcə...

DÜNYA

16 Iyul 2025 | 22:44

Avropa Birliyinin tarixində rekord: 2 trilyonluq büdcə...

Avropa Komissiyası 2028-2034-cü illəri əhatə edəcək yeni çoxillik maliyyə planını təqdim edib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə “Bild” nəşri yazıb.

Qeyd olunur ki, təklif olunan büdcənin ümumi həcmi 2 trilyon avro təşkil edir. Bu, hazırkı büdcə dövrünü təxminən 700 milyard avro üstələməklə Avropa Birliyinin tarixində rekord hesab olunur. Yeni sənəd AB-nin 27 üzv dövləti və Avropa Parlamenti ilə qarşıdan gələn çətin və uzunmüddətli danışıqlarda müzakirəyə çıxarılacaq.

Təklif olunan büdcədə ən böyük xərclər kateqoriyası Milli və Regional Tərəfdaşlıq Fonduna aid olacaq. Bunun üçün 865 milyard avro ayrılması nəzərdə tutulur. Gələcəkdə ayrılacaq subsidiyalar məhz bu fond vasitəsilə yönləndiriləcək. Bundan əlavə, müdafiə sahəsi kimi prioritet istiqamətlərə aşağıfaizli kreditlər təklif ediləcək, rəqabət qabiliyyəti üçün isə 110 milyard avro dəyərində ayrıca fond yaradılacaq.

AB-nin Ukraynaya dəstəyi üçün nəzərdə tutulan 100 milyard avroluq fond, eləcə də hərbi potensialın gücləndirmə planları Brüsselin maliyyə yükünü artırıb.


SON XƏBƏRLƏR

16 Iyul 2025