• Bakı 15° C

    7.08 m/s

  • USD - 1.7

    EUR - 1.8669

    RUB - 2.0809

Putinin təyyarəsi Alyaskaya eniş edib - YENİLƏNİB

DÜNYA

15 Avqust 2025 | 22:20 | Müəllif: Gülşən Şərif

Putinin təyyarəsi Alyaskaya eniş edib - YENİLƏNİB

 Rusiya Prezidenti Vladimir Putinin olduğu təyyarə ABŞ Prezidenti Donald Trampla görüşün keçiriləcəyi Alyaska ştatının Ankoric şəhərinə eniş edib.

Bakıvaxtı.az-ın məlumatına görə, bunu "Flightradar24" xidmətinin məlumatları təsdiqləyir.

Rusiya liderinin təyyarəsinin uçuşunu onlayn rejimdə 469 mindən çox insan izləyir.

***

19:37

Rusiya Prezidenti Vladimir Putin Ağ Ev rəhbəri Donald Trampla görüş üçün RA-64531 xüsusi reysi ilə Maqadandan Alyaskaya  uçub.

Bakıvaxtı.az xəbər verir ki, Putinin təyyarəsi avqustun 15-də yerli vaxtla saat 11:00-da Ankoric şəhərinə enəcək.

Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki,  Putin Tramla görüşdə Ukrayna nizamlanmasından tutmuş Rusiya-Amerika münasibətlərinə qədər bir sıra məsələlər üzrə danışıqlar aparacaq. 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

23 Noyabr 2026