• Bakı 19° C

    6.26 m/s

  • USD - 1.7

    EUR - 1.9934

    RUB - 2.0047

İsrail ordusu Qəzzanın şimalında 11 HƏMAS yaraqlısını öldürüb

DÜNYA

14 Sentyabr 2025 | 19:36

İsrail ordusu Qəzzanın şimalında 11 HƏMAS yaraqlısını öldürüb

İsrail ordusunun Qəzzanın şimalında Beyt-Han şəhrinin altındakı tunellərdə keçirdiyi son əməliyyatda azı 11 HƏMAS yaraqlısı öldürülüb.

Bakıvaxtı.az-ın xəbərinə görə, bu barədə İsrail ordusunun və ŞABAK-ın birgə bəyanatında deyilir.

Məlumata görə, Beyt-Hanunda kəşfiyyat və hərbçilərin birgə keçirdiyi əməliyyat nəticəsində tunellər də daxil olmaqla HƏMAS-ın qalan infrastrukturu məhv edilib

"Hazırda tunellərin içərisində səhra komandirləri də daxil olmaqla 11 HƏMAS yaraqlısının cəsədi tapılıb", - deyə məlumatda bildirilir.

İsrail ordusu keçən həftə Beyt-Hanunda olan hərəkat yaraqlılarının axtarışı üçün əməliyyata başladığını bildirib.


SON XƏBƏRLƏR

13 Sentyabr 2025