Çin, Rusiya və İrandan olan casuslar ölkənin demokratiyasını sarsıtmaq üçün parlament üzvlərini hədəfə alıblar.
Bakıvaxtı.az xəbər verir ki, bu, Britaniyanın Təhlükəsizlik Xidməti Mİ5-in xəbərdarlıq bəyanatında bildirilib.
“Xarici hökumətlər Britaniyanın həyati əhəmiyyətli məlumatlarını oğurlamaqla və ya demokratik proseslərimizi manipulyasiya etməklə, nəinki qısa müddətdə təhlükəsizliyimizi təhdid edir, həm də suverenliyimizin əsaslarını pozurlar”, - bəyanatda qeyd olunub.