• Bakı 16° C

    2.17 m/s

  • USD - 1.7

    EUR - 1.9706

    RUB - 2.0981

Ərdoğan: Çətin bir proses qarşısındayıq

SİYASƏT

14 Oktyabr 2025 | 16:46

Ərdoğan: Çətin bir proses qarşısındayıq

"Başda ABŞ Prezidenti Donald Tramp olmaqla, bir çox dövlət başçıları danışıqlar prosesinə töhfə veriblər".

Bakıvaxtı.az "İHA"ya istiandən xəbər verir ki, bunu  Misir səfərindən qayıdarkən jurnalistlərin suallarını cavablandıran Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

Sammitin Yaxın Şərqdə sülh yolunda yeni dönüş nöqtəsi olacağına ümid edən Ərdoğan, Həmas ilə İsrail hökuməti arasında Qəzzada atəşkəslə nəticələnən dolayı danışıqlardan məmnun olduğunu bir daha vurğulayıb.

O, əldə edilən razılaşmanın hərtərəfli yerinə yetirilməsinin və Amerikanın bu prosesdə İsrail hökuməti və məhbus mübadilə üzərində təsirini saxlamasının son dərəcə əhəmiyyətli olduğunu bildirib:

"Fələstin davasının yeganə həlli 1967-ci il sərhədlərinə əsaslanan, paytaxtı Şərqi Qüds olan, müstəqil, suveren və coğrafi cəhətdən vahid Fələstin dövlətinin qurulmasıdır. Türkiyə olaraq bu məqsədə doğru əzmlə çalışmaqda davam edəcəyik. Çətin bir proses qarşısındayıq. Birincisi, İsrail hökumətinin bu məsələnin İsrail tərəfinə verdiyi vədi yerinə yetirməsini təmin etməliyik. Mən inanıram ki, İsrail üzərində təsiri olan aktyorlar, bu mövzuda lazım olanı etməyə davam edəcəklər".

Gülşən Şərif


SON XƏBƏRLƏR