• Bakı 14° C

    3.09 m/s

  • USD - 1.7

    EUR - 1.9703

    RUB - 2.0942

Türkiyə bu  təyyarələrin uçuşlarını dayandırdı

SİYASƏT

13 Noyabr 2025 | 13:40

Türkiyə bu  təyyarələrin uçuşlarını dayandırdı

C-130 tipli hərbi kargo təyyarəsinin qəzaya uğraması ilə bağlı axtarış-xilasetmə əməliyyatları Azərbaycan, Gürcüstan və Türkiyə qüvvələrinin koordinasiyasında həyata keçirilib.

Bakıvaxtı.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, Milli Müdafiə Nazirliyi şəhidlərin cəsədlərini bu gün ölkəyə aparmağı planlaşdırır.

Türkiyə Müdafiə Nazirliyi həmçinin bildirib ki, C-130 tipli hərbi kargo təyyarələrinin uçuşları 12 noyabr 2025-ci il tarixindən etibarən müvəqqəti dayandırılıb:

"Bütün texniki yoxlamalar və detallı araşdırmalar tamamlandıqdan sonra, təyyarələrin uçuşlarına yenidən icazə veriləcək".

Xatırladaq ki, noyabrın 11-də Azərbaycan-Gürcüstan sərhədində Türkiyəyə məxsus C-130 tipli hərbi kargo təyyarəsi qəzaya uğrayıb. Təyyarədə 20 hərbi qulluqçu həlak olub.

Zeynəb Rzayeva


SON XƏBƏRLƏR