• Bakı 10° C

    3.54 m/s

  • USD - 1.7

    EUR - 1.9945

    RUB - 2.1189

Vaşinqton sənədləri: İrəvanın öhdəlikləri revanşistləri narahat edir

SİYASƏT

12 Dekabr 2025 | 16:29

Vaşinqton sənədləri: İrəvanın öhdəlikləri revanşistləri narahat edir

“Qarabağ ermənilərinə söyləmişəm ki, onların qayıdışı qeyri-realdır”.

Bakıbaxtı.az xəbər verir ki. bunu Ermənistanın Baş naziri Nikol Paşinyan deyib.

O bildirib ki, əgər İrəvan qayıdış gündəmini davam etdirsə, bu, "Qarabağ hərəkatı"nı yenidən başlayacaqları anlamına gələcək:

"Mən artıq bəyan etmişəm ki, biz “Qarabağ hərəkatı”nı davam etdirməməliyik, bu bitib, onu dirçəltmək cəhdləri əbəs olacaq".

Paşinyanın sözlərinə görə, Ermənistan Qarabağ məsələsinin həll olunmadığını bəyan edərsə, bu, yeni müharibə demək olacaq:

"Qarabağ məsələsinin davam etməsi yeni müharibə, yeni qurbanlar, yeni çətinliklər, gözlənilməz nəticələrlə yeni blokada deməkdir. Qarabağ məsələsinin həll olunmadığını deyənlər, mahiyyət etibarilə Ermənistanın yeni müharibəyə başlamalı olduğunu deyirlər".

Baş nazir Azərbaycan və Ermənistanın bir-birinin ərazi bütövlüyünü tanıdığını qeyd edib.

Deputat Ceyhun Məmmədov Bakıvaxtı.az-a bildirib ki, Paşinyan bu açıqlamaları ilə Ermənistan cəmiyyətinə mesaj verir ki, artıq Qarabağa qayıdış qeyri-mümkündür.

Deputatın sözlərinə görə, burada bir neçə vacib məqam var:

"Azərbaycan o zaman Qarabağda yaşayan ermənilərə vaxtında reinteqrasiya ilə bağlı təkliflərini verib. Biz bir müddət Qarabağda yaşamış ermənilərdən bu təklifi qəbul etmələrini gözlədik. Amma proseslər fərqli istiqamətdə cərəyan etdi. Bizim əlimizdə video-faktlar var. Ermənilər Qarabağda yaşamaq istəmədiklərini dedilər və könüllü olaraq torpaqlarımızı tərk etdilər. İndi yenidən həm Ermənistandakı köhnə separatçı rejimin qalıqlarının, həm də cinayətkar sabiq prezidentlərin təhriki ilə, o cümlədən kilsənin iştirakı ilə revanşizmə cədhləri görürük”.

Müsahibimiz qeyd edib ki, Paşinyanın tamamilə haqlıdır, əgər "qayıdış" məsələsini gündəmə gətirsələr, bu, "Qarabağ hərəkatı"nın, yəni separatçılığın başlanması deməkdir. Azərbaycan rəhbərliyi və digər rəsmilər dəfələrlə diqqətə çatdırıb ki, Ermənistan tərəfi bu cür çağırışlara son qoymalıdır.

Ceyhun Məmmədov: Ermənistanda 2026-cı il parlament seçkiləri öncəsi revanşist iddiaların şahidi olacağıq

Deputat bildirib ki, artıq ermənilərin Qarabağa dönüşü qeyri-mümkündür:

"Vaşinqtonda imzalanmış sənədlərlə, paraflanmış sülh sazişinin mətni ilə konkret olaraq bir sıra razılıqlara gəlinib. Ona görə də yenidən bəzi pozucu məsələlərin gündəmə gətirilməsi Ermənistanın öz öhdəliklərindən, razılaşmalarından imtina etməsi anlamına gələcək. Halbuki, Paşinyan hökuməti Azərbaycanın ərazi bütövlüyünü qəbul etdiyini söyləyir. Görünür, Ermənistanda 2026-cı ildə keçiriləcək parlament seçkiləri öncəsi bu cür revanşist iddiaların şahidi olacağıq. Ancaq bu məsələ bizim üçün tamamilə bitib. Paşinyan da anlayır ki, bu, Azərbaycanın "qırmızı xətti"dir".

Aydın Baxış


SON XƏBƏRLƏR