• Bakı 10° C

    3.5 m/s

  • USD - 1.7

    EUR - 1.9945

    RUB - 2.1189

Eldar Əzizov TƏCİLİ YIĞINCAQ keçirdi

SİYASƏT

12 Dekabr 2025 | 15:46

Eldar Əzizov TƏCİLİ YIĞINCAQ keçirdi

Xəbər verdiyimiz kimi,ötən gün Bakı şəhəri Səbail rayonu Rəşid Behbudov küçəsi 12 ünvanında yerləşən binanın ikinci mərtəbəsində yerləşən mənzilin eyvanı təbii təsirlərdən uçub.

Uçan eyvan binanın qarşısından keçən qadının üzərinə düşüb və o xəsarət alıb.

Bu,hadisə qəzalı vəziyyətdə olan tikililəri yenidən gündəmə gətirib.

Çünki,sözügedən ərazilər şəhərin əsas mərkəz hissəsi sayılır.Burada əhalinin və turistlərin sayı da xeylidir.Bu isə əlavə problem deməkdir.

Baş verə biləcək qəza xəsarət alanların sayı baxımından çox ola bilər.

Bakıvaxtı.az xəbər verir ki, Oxu24.com-un əldə etdiyi məlumata görə,sözügedən hadisədən sonra Bakı Şəhər İcra Hakimiyyətində iclas keçirilib.

Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov  icra başçılarına xüsusi tapşırıq verib.

Rəhbər şəxslərə qəzalı vəziyyətdə olan eyvanların siyahısının tərtib olunması tapşırılıb.

Artıq işlər başlayıb.Qəzalı vəziyyətdə olan eyvanların ünvanları dəqiqləşdirilir.

Sözügedən tikililərin təmir olunacağı gözlənilir.


SON XƏBƏRLƏR